Nazir vətəndaşları qəbul etdi- - Fotolar

nazir-vetendaslari-qebul-etdi-
Oxunma sayı: 1129


"Qafqazinfo"ya daxil olan məlumata görə, qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciəti əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.