Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü yanvarın 25-də Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib."Qafqazinfo" xəbər verir ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.




Son xəbərlər
Son Xəbərlər