Nazir vətəndaşlarla görüşəcək

nazir-vetendaslarla-gorusecek
Oxunma sayı: 998

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin iyul ayının 20-də saat 11ºº-da Qazax şəhərində Ədəbiyyat muzeyində (Heydər Əliyev prospekti, 98A ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.