“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, nazir keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə idmanın inkişafı istiqamətində bir çox işlər görüb. Bununla belə, görüləsi işlər də çoxdur.
L.Kipiani parlamentin idman və gənclər məsələləri komitəsi üzvlərinin büdcədən idmanın inkişafına ayrılmış külli miqdarda vəsaitin mənimsənilməsinə dair ona qarşı irəli sürülmüş iddiaların əsassız olduğunu söyləyib.
Qeyd edək ki, Gürcüstan parlamentinin idman və gənclər məsələləri komitəsinin 17 üzvündən 11-i ölkədə idmanın inkişaf etmədiyini özündə əks etdirən və nazirliyin fəaliyyəti ilə bağlı narazılığı bildirən bəyanat imzalayıb.
Gürcüstan Konstitusiyasına görə hökumətdə təmsil olunan nazirlərin üçdə biri tutduğu vəzifədən istefa verərsə hökumətə qarşı etimadsızlıq yaranır. Gürcüstan hökumətində 19 nazir postu var və artıq 6 nazir öz postundan istefa verib.
Baş nazir İrakli Qaribaşvili L.Kipianinin istefasını qəbul etsə bu, hökumətdən ayrılacaq 7-ci nazir olacaq. Bu da ölkə Prezidentinin hökuməti buraxması üçün əsas verəcək.
Son xəbərlər
Son Xəbərlər