Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilmiş, müraciətlərinə baxılıb. Hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağı bildirilib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.
Ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması məqsədilə digər müraciətlərə obyektiv baxılması, həmçinin qaldırılan məsələlərin operativ həlli ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Son xəbərlər
Son Xəbərlər