Nazir xarici nümayəndəliyin rəhbəri ilə görüşüb

nazir-xarici-numayendeliyin-rehberi-ile-gorusub
Oxunma sayı: 767


Nazirliyin mətbuat xidmətindən  “Qafqazinfo”ya verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa Birliyi arasında birgə əməkdaşlıq məsələləri və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olub.

H.Əsədov Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini qeyd edib, Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı”nın (büdcəyə dəstək layihəsi) uğurla həyata keçirildiyini, layihənin bu ildə də davam etdirilməsinin məqsədəuyğun hesab etdiyini bildirib.

M.Mard Avropa Birliyi tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirilməsini qeyd edib və gələcək üçün üç prioritet istiqamətdən birinin də kənd yerlərinin və regionların inkişafı olduğunu bildirib. Avropa Birliyinin Azərbaycan ilə  əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən, xanım M.Mard birgə ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində birgə əməkdaşlığın davam etdirilə biləcəyini və bu məqsədlə işçi qrupunun yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Avropa bazarına  ixrac imkanlarının daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib. M.Mard fəaliyyəti dövründə Avropa Birliyi ilə Azərbaycanın aqrar sahəsi arasında birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini əlavə edib.