“Qafqazinfo” xəbər verir ki, nazir E.Məmmədyarov prezident seçilməsi ilə münasibətilə xanım Kolinda Qrabar-Kitaroviçə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırıb.
Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviç səmimi təbrikə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə edib və prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Həmçinin görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər