Nazir yarımfinala çıxan millimizin üzvləri ilə onlayn görüş keçirdi - Fotolar

nazir-yarimfinala-cixan-millimizin-uzvleri-ile-onlayn-gorus-kecirdi
Oxunma sayı: 1334

Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb 

“Qafqazinfo” xəbər verir ki, onlar yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər. 

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib. 

Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.