Nazir yubiley gecəsində - Fotolar

nazir-yubiley-gecesinde
Oxunma sayı: 1162

Nizami Kino Mərkəzində məşhur ssenarist və kinorejissor, xalq artisti Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri, sənətkarın dostları və yaxınları iştirak edib.

Yubiley gecəsində əvvəlcə sənətkarın keçdiyi həyat yolunu əks etdirən sənədli film nümayiş olunub.

Ramiz Fətəliyevin Azərbaycan mədəniyyətində xidmətlərini xüsusilə vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli şəxsiyyəti yaxından tanıdığına görə məmnunluğunu ifadə edib:

“Ramiz Fətəliyev təkcə yaradıcı şəxsiyyət deyil, həm də ölkənin həyatında önəmli yer tutan ictimai xadimlərdən biridir. Belə hərtərəfli şəxsiyyətin Azərbaycan tarixində xidmətləri danılmazdır”.

Sonda Ramiz Fətəliyevin ssenarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş olunub.