Qeyd edək ki, göstərilən tarix eyni zamanda Parisin Sarbonna Universitetində baş tutmuş İlk Olimpiya Konqresinin 120 illiyi və 1961-ci ildə Qədim Olimpiyada təşkil olunmuş Beynəlxalq Olimpiya Akademiyasının Gənc İştirakçılar üçün ilk Sessiyasının açılışının ildönümü ilə də üst-üstə düşür.
“Qafqazinfo” xəbər verir ki, səfəri çərçivəsində nazir Azad Rəhimov Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri və Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək. A.Rəhimov 16-19 iyun 2014-cü il tarixdə Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq. Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur.
Son xəbərlər
Son Xəbərlər