Mədəniyyət naziri Əbülfəs Qarayev YUNESKO-dakı iclaslarda iştirak etmək məqsədilə Fransada səfərdədir. “Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazir YUNESKO baş direktoru Odri Azule ilə görüşüb.
Görüşdə Azərbaycan YUNESKO əlaqələrinin hazırkı vəziyyəti, cari ilin 2-3 may tarixində YUNESKO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb.

Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını xanım Azuleye çatdıraraq Azərbaycanın YUNESKO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirib. YUNESKO-nun baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə YUNESKO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını söyləyib.
Xanım Azule qeyd edilən məsələlərin YUNESKO üçün də ciddi əhəmiyyət kəsb etdiyini qeyd edərək cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və 25-26 aprel tarixində Genevrədə keçiriləcək Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı keçiriləcək tədbir çərçivəsində Nazirlər paneli barədə məlumat verdi və nazir Ə.Qarayevi həin tədbirlərə dəvət edib.
Son xəbərlər
Son Xəbərlər