Nazirdən 2020-ci il açıqlaması

nazirden-2020-ci-il-aciqlamasi
Oxunma sayı: 642

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşündə deyib. "Buna səbəb neft-qaz gəlirlərinin rasional istifadəsidir. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılıb", - nazir qeyd edib.

Abbasovun sözlərinə görə, əsas vəzifə enerji sektorundan alınan gəlirlərin qeyri-neft sektoru, həmçinin İKT sahəsinin inkişafına yönəldilməsidir. "Azərbaycanın İKT sektoru bu gün dinamik inkişaf edir. Ötən ilin yekunları üzrə ölkədə İKT sektoru üzrə əldə edilən gəlirlərin həcmi 1,7 milyard dolları ötüb ki, bu da 2011-ci ilin göstəricisindən 18 faiz çoxdur, - nazir deyib. - Bu göstərici əvvəlki illər 25-30 faiz təşkil edib".

Onun fikrincə, əsas vəzifə bu göstəricini 20 faiz səviyyəsində saxlamaqdır. Abbasov hesab edir ki, bu temp saxlanılsa, 2020-ci ilə sektor üzrə gəlirlər 8-9 milyard dollara çatacaq. Abbasov ARDNF-in dəstəyi ilə həyata keçirilən respublikanın bütün ərazisi üzrə genişzolaqlı internetin inkişafına dair layihəyə toxunub.

450 milyon dollar dəyərində üçillik layihənin həyata keçirilməsi üzərində iş artıq başlayıb. Nazirin sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi internetə çıxış səviyyəsini indiki 70 faizdən 85 faizə çatdırmağa imkan verəcək.

O, həmçinin deyib ki, internet istifadəçilərinin əhatəsinin inkişafı elektron xidmət istifadəçilərinin sayını artıracaq. "Hazırda əhalinin yeddi faizi elektron xidmətlərdən istifadə edir. 2020-ci ilə bu göstərici 100 faizə çatacaq", - Abbasov vurğulayıb.