Nazirdən ixracın həcmi ilə bağlı - Açıqlama

nazirden-ixracin-hecmi-ile-bagli
Oxunma sayı: 1678

“2021-ci ilin sonuna sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 milyon manat təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında bildirib.

“Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8 faizə çatıb ki, bu da 2020-ci il (11,4 faiz) və 2019-cu illə (9,6 faiz) müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8 faiz təşkil edir”, - deyə nazir qeyd edib.