Nazirdən savadlı tələbələrə şad xəbər

nazirden-savadli-telebelere-sad-xeber
Oxunma sayı: 1971


“Qafqazinfo” nun məlumatına görə, nazir bildirib ki, qrupların yaradılmasında məqsəd savadlı bacarıqlı və həvəskar tələbələri bir sabah brendi altında birləşdirməkdir. Layihə çərçivəsində tələbələrə yüksək keyfiyyətli təhsil verilməlidir. Qrupların iştirakçısı hər bir azərbaycanlı tələbəsi ola bilər. Burada meyar savadlı, bacarıqlı və seçdiyi peşəyə həvəslə yanaşmadır. Nazirliyin tabeliyində olan bütün ali təhsil müəssisələrində “SABAH“ qrupları yaradılacaq. Biz xüsusi ixtisaslaşmış müəllimləri “Sabah” qruplarına cəlb edəcəyik. Burada dərs demək nüfuz məsələsi olacaqdır. Bütün amillər akademik təhsil mühiti bağlı məsələlər üçün nazirliyin daxilində qrup və struktur yaradılacaq. Təhsili başa vurmuş tələbələr barədə işə götürənlər məzunların peşəkar hazırlığı nəzəri cəhətdən yaxşı olduğunu desələr də, praktiki cəhətdən onları qane etmir. İşəgötürənlə sıx əlaqə olacaq. Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir “SABAH” qruplarının ali təhsil müəssisələri üzrə əyani şöbənin 1-ci kursunu müvəffəqiyyətlə bitirən tələbələrdən formalaşdırıldığını deyib. Elmi-pedoqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olanali məktəblərdə “SABAH”qruplarına seçilən tələbələrin 2-ci kurs təhsilini davam etdirməsi nəzərdə tutulur. Sabah qruplarına tələbələrin seçilməsi onların fəaliyyətinin müxtəlif aspektlərini nəzərə alan xüsusi metodikaya uyğun aparılır”. 

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov bildirib ki, “Sabah “ qruplarında 20 ali təhsil müəssisələrinin 15-nin bazası əsasında yaradılacaq:

" Qruplarada 8 ixtisasdan beşi üzrə ixtisaslaşma aparılacaq. “SABAH” qrupuna daxil omaq üç mərhələdən ibarət olacaq. Birinci elektron müraciət, ikinci imtahan, üçüncü isə müsahibə mərhələsidir. Yerli müəllimlərlə yanaşı xaricdən müəllimlər də cəlb olunacaq. Tələbələr beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Ali təhsil müəəsilərinin əhatiliyi 75 faiz nəzərdə tutulur. 6100 tələbə bu qrupda iştirak etmək hüququnu qazanır".

Günel