Nazirdən şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət - Video

nazirden-sehid-aileleri-ve-qazilerin-mesgullugu-ile-bagli-muraciet
Oxunma sayı: 1377

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.

“Qafqazinfo”ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib.

İşəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.