"Qafqazinfo" xəbər verir ki, nazir çıxışında işdən çıxarılan şəxslərin cəzalandırıldığını da bildirib:
"Qanun pozuntusuna yol verənlər işdən azad olunmaqla bitməyəcək, Həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək. Buradan bütün direktorlara tapşırıram ki, bu işi yerinə yetirsin. 15 sentyabr bilik günündə vətənpərvərlik üzrə dərslər keçirilməlidir. Bundan başqa əvvəllər bizə məktəbdənkənar ədəbiyyat verilirdi. Qısa tətillərdə və yay tətilində bizə ədəbiyyat siyahısı verilirdi. Dərs ili başlayandan sonra həmin siyahıdakı oxuduğumuz və ya oxumalı olduğumuz bədii ədəbiyyat üzrə inşa yazırdıq. Mən indi burdan məktəb direktorlarına tapşırıram ki, bu təcrübəni könüllü yox, məcburi formada tətbiq etsinlər. Bir daha təkrar edirəm, könüllü yox, məcburi olaraq tətbiq edilməlidir. Nazirliyin işçilərinə də tapşırıram ki, bunun üçün hər sinfə görə ədəbiyyat siyahısı hazırlansın. Ehtiyac varsa, yeni əsərlər tərcümə olunsun, klassik əsərlər təkrar çap olunsun. Lazım olan kömək müvafiq dövlət strukturlarından istənilsin".
Daha sonra M. Cabbarov qeyd edib ki, məktəblərdə yay tətilinin müddəti də azaldılacaq: "Hazırda məktəblilərin yay tətillərinin müddətinin qısaldılması barədə təklif hökumətə təqdim edilib, ancaq həmin müddət də şagirdlərin bədii kitab oxumalarına kifayət edər".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər