“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Yanika Merilo bu fotoları ilə hər kəsi şoka salıb. Qadının çəkdirdiyi şəkillərdə cazibədar bədən quruluşunu göstərib. Fotoların sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmasından sonra Merilo şəkilləri silmək məcburiyyətində qalıb. Yanikanın fotolarında onun məşhur Hollivud ulduzu Ancelina Coliyə bənzərliyi diqqət çəkib. Digər bir şəkildə qadın ağızında bıçaqla təsvir edilib.
Açıq-saçıq fotolar və cazibədar pozlar verən xanım Yankanın bu addımı Ukraynada günün mövzusuna çevrilib. Bəziləri qadının çox gözəl olduğunu desələrdə, çoxları qeyri-adi şəkillər çəkdirən Yanikanın psixoloji problemlərinin olduğunu söyləyib.
Qeyd edək ki, Yanika Merilo yanvar ayının 5-də Ukraynanın İqtisadiyyat Nazirinin müşaviri postuna təyin edilib.
Son xəbərlər
Son Xəbərlər