“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli “Lider” televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.
“Qafqazinfo”nun BakuPost.az-a istinadən məlumatına görə, E.Gədikli işə bir neçə gündür ki, başlayıb.
Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov “Space”in rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər