Nazirin müşaviri təqaüdə göndərildi

nazirin-musaviri-teqaude-gonderildi
Oxunma sayı: 4545

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, artıq onun adı nazirliyin saytında müşavirlər sırasından çıxarılıb.

Məsələ ilə bağlı ETSN-lə əlaqə saxladıq. Qurumun mətbuat katibi İradə İbrahimova saytımıza bildirdi ki, R. Səttarzadə dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Bundan əvvəl nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.