Yaxın bir ay ərzində yenilənmiş Əsasnamə Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu məlumat Mia.az-a Nazirlər Kabinetindəki işçi qrupundan daxil olub. Məlumatda bildirilir ki, nazirliyin yeni əsasnaməsində idarəetmədəki oprerativliyin artırılması istiqamətində aparılacaq struktur islahatlarından tutmuş, səlahiyyət bölgüsünə qədər hər bir xırda detallar üzərində mütəxəssislər işləyirlər: «Deyə bilərəm ki, nazirliyin strukturunda əsaslı dəyişiklik aparılacaq. Bir sıra iri müəssisələr birləşdiriləcək. Bu birləşdirilmə və dəqiq səlahiyyət bölgüsü nazirliyin aparatında da özünü göstərəcək».
Mia.az-a verilən məlumata görə, yeni əsasnamədə nazir Əli Abbasovun müavinlərin sayı da artırılacaq: «Hələlik işçi qrupu bu məsələdə yekun rəyə gələ bilməsə də, nazirliyin yeni əsasnaməsində müavinlərin sayı 2-dən minimum 4-ə qaldırılacaq. Amma ola bilər ki, nazir müavinlərinin sayı 5 də olsun».