Əfqanıstanın paytaxtı Kabilin hava limanı raket atəşinə tutulub.
“Qafqazinfo” ölkənin yerli “Həşt-e sübh” qəzetinə istinadən xəbər verir ki, hadisə “Taliban” hökumətinin XİN rəhbəri Əmir Xan Muttaki hava limanında Pakistana səfərə yola düşərkən baş verib.
Qəzet yazır ki, insident nəticəsində nazir xəsarət almasa da, aeroportun 3 əməkdaşı və bir neçə sərnişin yaralanıb.
Ümumilikdə hava limanına naməlum şəxslər tərəfindən 3 raket atılıb. Raketlər aeroportun VIP zalını və sərnişin terminalını hədəf alıb.
Təhlükəsizlik qüvvələri hadisənin mediaya sızmaması üçün foto və video çəkilişinə icazə verməyiblər.
Son xəbərlər
Son Xəbərlər