“Nazirlə də danışdım, işlər gedir”

nazirle-de-danisdim-isler-gedir
Oxunma sayı: 1086

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, iclasda 2016- cı ilin yekunlarına dair görülmüş işlər və 2017- ci ilin yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. İclasda çıxış edən komitə sədri Eldar İbrahimov bildirib ki, ötən müddət ərzində komitədə 15 qanuna baxılıb və onların hamısı Milli Məclisdə qəbul olunub:

“Komitəyə 86 ərizə daxil olub. 25 vətəndaş tərəfimizdən qəbul olunub. Şikayət edənlərin sayının azalması onu göstərir ki, aqrar sahədə inkişaf var. Ölkədə hazırda pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Ötən il ölkədə 90 min ton pambıq istehsal olunub. Təkcə Şəki rayonunda 70 min ton barama istehsal olunub.

Yaz sessiyasında isə biz “Kənd təsərrüfatında sığortanın təkmilləşdirilməsi haqqında” qanun layihəsini qəbul edəcəyik. Mən nazirlə də danışdım. Bu qanunun hazırlanması üzərində işlər gedir. Düşünürəm ki, may ayında biz bu qanunu qəbul edə biləcəyik”.

Günel Türksoy