Nazirlər Berlində görüşəcək

nazirler-berlinde-gorusecek
Oxunma sayı: 792


“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib. Məlumatda qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin və Fransa xarici işlər naziri Laurent Fabiusun qatılacağı görüş aprelin 13-də keçiriləcək. Görüşdə Ukraynada atəşkəsin təmin olunmasını nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub. /Azertac/