Nazirlər Kabineti Azərbaycan hökumətinin öhdəliklərini təsdiqlədi

nazirler-kabineti-azerbaycan-hokumetinin-ohdeliklerini-tesdiqledi
Oxunma sayı: 3201

Nazirlər Kabineti 2018-ci il 26 aprel tarixində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə uyğun olaraq qərar verib.
 

“Qafqazinfo”nun məlumatına görə, qərara əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”də  qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib.