Nazirlər Kabinetinin əməkdaşları ağac əkdilər - Fotolar

nazirler-kabinetinin-emekdaslari-agac-ekdiler
Oxunma sayı: 2484

Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.