Nazirlər mükafatlandırdı- - Fotolar

nazirler-mukafatlandirdi-
Oxunma sayı: 1995


“Qafqazinfo”nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Buta Palace”-da təşkil olunan tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, bu il Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində, Beyləqanda “Gənclər evi” istifadəyə verilib: “Daşkəsən rayon Gənclərin təlim və istirahət Mərkəzi” inşa edilib və 17 oktyabr tarixində cənab Prezidentin iştirakı ilə mərkəzin açılışı keçirilib. Beləliklə gənclərə sosial xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb”.

Nazir 2014-cü ildə 156 irimiqyaslı tədbir keçirildiyini, onlardan 34-nün beynəlxalq səviyyəli olduğunu qeyd edib.

Daha sonra elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Həsənov Elnur Lətif oğluna, Hüseynov Seymur Elşad oğluna, Xəlilov Zafiq Zakir oğluna, Novruzova Xədicə Sahib qızına, Sadıxlı Fərid İlqar oğluna və Seyidova Ceyla Uran qızına Prezident mükafatı təqdim olunub.

Sonra İsmayıllı rayonu Azərbaycanın gənclər paytaxtı elan edilib.