Nazirlər nə qədər maaş alır?

nazirler-ne-qeder-maas-alir
Oxunma sayı: 3246


Azərbaycanda isə nə qədər qəribə səslənsə də, nazirlər gürcü həmkarlarından xeyli az maaş alır. Maliyyə nazirliyi hökumət üzvlərinin maaşı ilə bağlı sorğumuza cavab verməkdən imtina etsə də, mətbuatda gedən məlumatlara əsasən, baş nazirin maaşı 1925 manat, nazirlərin əmək haqqı isə 1500 manatdır. Amma bəzi ekspertlər hökumət üzvlərinin gəlirləri ilə bağlı qaranlıq məqamlar olduğunu deyirlər.

Ekspert Əlimməməd Nuriyev şübhələrə son qoymağın yeganə yolunu nazirlərin öz gəlirləri barədə şəffaf məlumat verməsində görür: "Bu isə yalnız gəlir deklarasiyasının tətbiqi ilə mümkün ola bilər. Deklarasiyanın formasının hazırlanması 2005-ci ildən Nazirlər Kabinetinə tapşırılsa da, 8 ildə heç bir addım atılmayıb. Bir sözlə bəyannamənin hazırlanması elə gəlirini bəyan etmək istəməyən şəxslərin ümidinə qalıb".

ANS