Nazirlər sərgidə - “Xətayi” xalçası təqdim olundu

Nazirlər sərgidə
Oxunma sayı: 2294

Aprelin 4-də Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı, yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə eyni zamanda Qarabağın XVII əsrə aid “Xətayi” xalçası Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalça Muzeyinə təqdim olunub.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu layihə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib. Ölkəmizdə xalçaçılığın tarixindən danışan muzeyin direktoru hazırda bu sənətin daha da inkişaf etdirilməsindən söz açıb. Mütəmadi olaraq dövlət tərəfindən xalçaçılığa böyük diqqətin olduğunu bildirən Ş.Məlikova söyləyib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. O, Xalça Muzeyinin ekspozisiyasına yeni tarixi xalçaların təqdim edilməsində göstərilən dəstəyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi