Nazirlər TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə etdi

nazirler-tdt-nin-susa-sammitine-hazirligi-muzakire-etdi
Oxunma sayı: 2667

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı baş tutub.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.