Rusiyanın xarici işlər naziri Sergey Lavrov yapon həmkarı Taro Kono ilə görüşəcək.
“Qafqazinfo” “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, görüş Lavrovun Tokioya səfəri zamanı baş tutacaq.
Məlumata görə, görüşdə nazirlər hərbi-siyasi aspektlər də daxil olmaqla aktual qlobal və regional problemlər üzrə fikir mübadiləsini davam etdirəcəklər.
Son xəbərlər
Son Xəbərlər