Nazirlər “Xəzri-2023” birgə taktiki təlimində - Fotolar

nazirler-xezri-2023-birge-taktiki-teliminde
Oxunma sayı: 2630

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.

Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.
İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.
Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.