Nazirlərin görüşü ilə bağlı XİN-dən açıqlama

nazirlerin-gorusu-ile-bagli-xin-den-aciqlama
Oxunma sayı: 784

Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovla Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.