Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 284 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Nazirliyinj mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.
Son xəbərlər
Son Xəbərlər