Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Ətraf Mühit Agentliyi və Slovakiyanın Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə 3 günlük təlim sessiyası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində keçirilən praktik təlimlər ətraf mühit üzrə seçilmiş göstəricilərin, qiymətləndirmə alətlərinin və hesabatvermənin icra edilməsində milli mütəxəssislərin mövcud potensialının artırılmasına kömək göstərəcək.
Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialın formalaşdırılmasına xidmət edir. Dörd illik layihə çərçivəsində ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sisteminin (SEİS) prinsipləri və təcrübələri altı ölkə arasında həyata keçiriləcək.
Layihə ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır.