Nazirlik 9 məntəqəni bağladı

nazirlik-9-menteqeni-bagladi
Oxunma sayı: 1011


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin satış məntəqələrində qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və.s ) 25,5 kq pestisid dövriyyədən çıxarılıb, həmin məntəqələrin fəaliyyətləri dayandırılıb və qanunamüvafiq inzibatı tədbirlər görülüb.

Eyni zamanda, yoxlama nəticəsində Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində respublika ərazisində ammonium nitrat gübrəsinin dəyəri 6,50 manat olduğu halda 9 manata satıldığı aşkar edilib və satış məntəqəsinin fəaliyyəti dayandırılıb. Məlumat üçün bildiririk ki, həmin satış məntəqəsində 26 ton ammonium nitrat mövcud olub.