"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.
Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.
Son xəbərlər
Son Xəbərlər