Nazirlik Aqil Abbasa cavab verdi

nazirlik-aqil-abbasa-cavab-verdi
Oxunma sayı: 4252

Mədəniyyət Nazirliyi deputat Aqil Abbasın Milli Məclisdə səsləndirdiyi ittihamlara cavab verib. 

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumatda deyilir ki, millət vəkilinin səsləndirdiyi məlumat həqiqəti əks etdirmir:

“Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”.

Xatırladaq ki, Aqil Abbas parlamentdə dünənki çıxışında bildirib ki, Ağcabədi rayonuna 35 nəfərin işdən ixtisar edilməsi haqda əmr gəlib.