Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan məlumata görə, Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəmdəkləri atıldığı bildirilib.
Bu məlumata istinad edən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri əraziyə baxış keçirib və məlum olub ki, cəmdəklərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlara məxsusdur. Artıq həmin cəsədlərdə çürümə prosesi gedib.
Özbaşına əraziyə atılmış donuz cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilib və ərazi dezinfeksiya edilib.
DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirib və bildirilib ki, hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmir.



Son xəbərlər
Son Xəbərlər