Bu gün Bakıda Regional Rabitə Birliyi (RRB) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, NRYT nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İnformasiya Cəmiyyəti mövzusunda yüksək səviyyəli Ümumdünya Sammiti üzrə İşçi Qrupunun sədri Minkin Vladimir Markoviç, İnformasiya texnologiyaları iqtisadiyyatı üzrə RRB Komissiyasının sədri Dadaməhəmmədov Rüstəm Abduqapparoviç və digər rəhbər şəxslər çıxış ediblər.
İclasda 2019-2025-ci illər üçün İşçi Qrupun fəaliyyət istiqamətləri, prioritetləri, RRB-yə üzv ölkələrdə rəqəmli inkişaf, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan başqa, 2030-cu ilədək MDB ölkələrinin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanması, “Rəqəmsal inkişaf sahəsində MDB-yə üzv dövlətləri əməkdaşlıq konsepsiyası” layihəsinin və onun icrası üçün prioritet tədbirlər planının həyata keçirilməsi, internet idarəetməsi sahəsində RRB üzvlərinin əməkdaşlığının genişləndirilməsi, RRB işçi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzuları da müzakirə predmeti olub.



Son xəbərlər
Son Xəbərlər