Nazirlik batan şəxsi xilas etdi

nazirlik-batan-sexsi-xilas-etdi
Oxunma sayı: 985

Bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.