Nazirlik BMT ilə layihəyə başlayır

nazirlik-bmt-ile-layiheye-baslayir
Oxunma sayı: 683

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn layihənin imzalanması tədbirində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edib. Nazir çıxışında bildirib ki, gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən innovativ yanaşmaların tətbiqi diqqətdə saxlanılır: “Bu sahədə BMT İnkişaf Proqramı ilə birgə son illərdə icra olunmuş “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi xüsusi önəm kəsb edir. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb”.

Nazir onu da qeyd edib ki, həmin mərkəzlərdə ilk dəfə işaxtaran ali təhsilli gənclərdən ibarət ümumilikdə 452 nəfər şəxsə təlimlər keçirilir.

Günel Hacı