Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı

nazirlik-dehsetli-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 649

“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda (Maştaga-Zabrat yolunda) "VAZ" markalı minik avtomobili və "DAEWOO" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb, avtomobildə olan və şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 kişi, 1 qadın) hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 15:20-də başa çatıb.