Nazirlik ekoloji pozuntulara görə 69 130 manat cərimə tətbiq edib

nazirlik-ekoloji-pozuntulara-gore-69-130-manat-cerime-tetbiq-edib
Oxunma sayı: 637

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 231 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 78 iş üzrə 69130 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 4106.06 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 136 iş üzrə 54011.8 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 25 iş göndərilib.


Nigar Məmmədli