Köməksiz vəziyyətdə qalan 3 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, mərkəzə Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalandığı barədə məlumat daxil olub. Dərhal mənzilə baxış keçirilib, halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:10-da başa çatıb.
Digər bir hadisə isə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər liftin qapısı açılaraq xilas olunub.
Əməliyyat saat 13:41-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər