Nazirlik Fəridə, Babur və Naminlə bağlı məlumat yaydı

nazirlik-feride-babur-ve-naminle-bagli-melumat-yaydi
Oxunma sayı: 7136

“Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
 
FHN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.
 
Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.
 
Axtarış işləri barədə əlavə məlumat veriləcək.