Nazirlik havaya buraxılan tüstü ilə bağlı hərəkətə keçdi - Foto

nazirlik-havaya-buraxilan-tustu-ile-bagli-herekete-kecdi
Oxunma sayı: 1879

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup havaya atılan tüstü ilə bağlı monitorinq aparıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb iyulun 24-də Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunması olub.

Məlum olub ki, tüstü axını zavoddakı istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.