Nazirlik hərbi zavoddakı partlayışın səbəbini- - Açıqladı

nazirlik-herbi-zavoddaki-partlayisin-sebebini-
Oxunma sayı: 2004


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib. 

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.