Nazirlik hotellərə ulduz payladı

nazirlik-hotellere-ulduz-payladi
Oxunma sayı: 1194


“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən 7 mehmanxanaya dərəcə sertifikatları verilib. 

Bakı şəhərindəki 2 mehmanxanaya 4 ulduz, 1 mehmanxanaya 3 ulduz, Qusardakı “Shahdag Hotel & SPA” mehmanxanasına 5 ulduz, “Pik Palace” mehmanxanasına 5 ulduz, “Park Chalet” mehmanxanasına 5 ulduz, “Zirvə Hotel” istirahət mərkəzinə 4 ulduz verilib.

Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb. Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. 

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.

Bu ilin yanvar-fevral aylarında 16 mehmanxanaya lisenziya verilib. Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.