“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.
Bakı şəhərində "Qafqaz Baku City Hotel & Residences", "Premier Expo Hotel", Lənkəran şəhərində
"Luxe Lankaran Hotel", Astaradakı "Şindan", Balakəndə fəaliyyət göstərən "Qubek" mehmanxanaları 4 ulduz sertifikatı alıblar.
Şəkidəki "Küngüt" və Zaqatala şəhərindəki "İS Hotel" mehmanxanasına 3 ulduz verilib.
Qeyd edək ki, ölkə ərazisində 89 təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıb.
Son xəbərlər
Son Xəbərlər