Nazirlik “İKT ili” ilə bağlı təkliflərin qəbulunu elan edir

nazirlik-ikt-ili-ile-bagli-tekliflerin-qebulunu-elan-edir
Oxunma sayı: 649

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İKT ili” ilə bağlı təkliflərin qəbulunu elan edib. “Qafqazinfo”nun Nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, təkliflərin 30.01.2013-cü il tarixədək göndərilməsi xahiş olunur.
Qeyd edək ki, təkliflər 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Prezidentin Sərəncamının icrası ilə əlaqədar hazırlanan tədbirlər planına əsasən il ərzində bu sahədə həyata keçirilməsi mümkün olan əhəmiyyətli tədbirlər barədə olmalıdır.
Nigar Məmmədli